Sabirabad qəzası zamanı yaralananların vəziyyəti açıqlanıb

Sabirabad qəzası zamanı yaralananların vəziyyəti açıqlanıb
16:24

28.08.2025-ci il tarixində saat 13:00 radələrində Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2-si kişi, 2-si qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif nahiyələrin travması, əziyi və sınığı diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

1962-ci il təvəllüdlü və 2000-ci il təvəllüdlü şəxslərin (kişi cinsli) vəziyyətləri orta ağır, 1998-ci il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir, müalicələri davam etdirilir.

Tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan 2020-ci il təvəllüdlü azyaşlıya (qadın cinsli) zəruri tibbi xidmət göstərilib və azyaşlı süni tənəffüs dəstəyilə təmin olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin (kişi cinsli) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.



Sizin reklam burada
Sizin reklam burada