Tutulan İstanbul Böyükşəhər Bələdiyyə (İBB) Başçısı və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunu Marmara həbsxanasında ziyarət etmək istəyən Avropalı Bələdiyyə Başçıları (Eurocities) nümayəndə heyətinin müraciəti rədd olunub.
News365.az-ın məlumatına görə, xarici qonaqlar bu gün əvvəlcə Saraçxanədə İBB binasında olublar və İBB sədr müavini Nuri Aslan tərəfindən qarşılanıblar. Daha sonra nümayəndə heyəti Silivrəyə yollansa da, onların həbsxanaya daxil olmasına icazə verilməyib.
News365.az