"Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq Azərbaycanın iqtisadi imkanlarını artırır".
İqtisadçı Xalid Kərimli News365.az-a bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və onun üzv ölkələri sürətlə böyüyən iqtisadiyyatlara malikdir və dünya əhalisinin 40%-i bu təşkilatlarda cəmlənib.
Kərimli vurğulayıb ki, Azərbaycanın bu qurum çərçivəsində üzv ölkələrlə əməkdaşlığını genişləndirməsi iqtisadi, turizm, tranzit və investisiya cəlbi baxımından mühüm əhəmiyyət kəsb edir. O, qeyd edib ki, Çin, Hindistan və Mərkəzi Asiya ölkələri böyük turizm potensialına malikdir və Azərbaycan burada turizm məhsullarını təqdim edə, turistləri cəlb edə bilər.
İqtisadçı həmçinin bildirib ki, bu ölkələrin investisiya imkanları Azərbaycan qeyri-nefsi sektoruna maliyyə cəlb etmək üçün əhəmiyyətlidir, həmçinin ŞƏT üzv ölkələri Şərq-Qərb nəqliyyat dəhlizində yerləşir və bu baxımdan tranzit və ticarət imkanları böyükdür.