İş adamı İnan Kıraç reanimasiyaya yerləşdirildi

İş adamı İnan Kıraç reanimasiyaya yerləşdirildi
16:11

Koç Ailəsinin kürəkəni və Kıraça Holdinqin qurucusu İnan Kıraç xəstəliyinin irəliləməsi səbəbindən Amerikan Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

News365.az-ın məlumatına görə, iş adamının qızı İpək Kıraç da atasının yanında olub. Qeyd edilir ki, ata-qız uzun müddət davam edən ailəvi və hüquqi problemlərdən sonra bu ilin avqust ayında barışmışdılar.

İpək Kıraç həmin vaxt sosial şəbəkə hesabında paylaşım edərək atasına qovuşduğunu və münasibətlərini yenidən bərpa etdiklərini açıqlamışdı. O, illərdir davam edən ayrılığın sona çatdığını, atası ilə birlikdə vaxt keçirməyin onun üçün böyük xoşbəxtlik olduğunu vurğulamışdı.

Məlumata görə, İnan Kıraçın səhhəti ciddi olaraq qalmaqdadır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada