Avropa İttifaqı (Aİ) Rusiyanın Brüsseldəki səfirini diplomatik quruma çağırmaq qərarı verib.
News365.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində paylaşım edib. O, Rusiyanın zərbəsi nəticəsində Kiyevdəki Aİ nümayəndəliyinin binasının ziyan gördüyünü bildirib:
“Kiyevdəki nümayəndəlik binamız zərbədən ziyan gördükdən sonra oradakı həmkarlarımla danışdım. Onların Ukraynaya dəstəkdə göstərdiyi qətiyyət bizə güc verir. Diplomatik nümayəndəliklərin hədəfə alınması yolverilməzdir.
Buna cavab olaraq Rusiyanın Brüsseldəki səfirini çağırırıq”, – deyə Kallas vurğulayıb.
News365.az