Qəzzada humanitar fəlakət davam edir: Ölənlərin sayı 63 minə yaxınlaşır

Qəzzada humanitar fəlakət davam edir: Ölənlərin sayı 63 minə yaxınlaşır
15:17

Qəzzada davam edən müharibə yeni itkilərlə nəticələnib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində bölgədə 71 nəfər həlak olub, 339 nəfər isə yaralanıb.

News365.az xəbər verir ki, Nazirliyin açıqlamasında qeyd olunur ki, 7 oktyabr 2023-cü ildən indiyədək baş verən hərbi əməliyyatlar nəticəsində ümumilikdə 62 min 966 nəfər həyatını itirib, 159 min 266 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Rəsmi qurum Qəzzada tibbi və humanitar vəziyyətin kritik həddə çatdığını, səhiyyə sisteminin isə demək olar ki, çökdüyünü vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada