Adanada mədə yırtığı əməliyyatından sonra səhhəti pisləşən 33 yaşlı gözəllik mütəxəssisi Çiğdem Bulut 27 avqustda dünyasını dəyişib.
News365.az-ın məlumatına görə, İraqda işləyən Bulut bir yaxınını ziyarət etmək üçün Adanaya gəlib və burada mədə narahatlığı səbəbindən həkimə müraciət edib. Ona mədə yırtığı diaqnozu qoyulub və 18 avqustda özəl xəstəxanada əməliyyat olunub. 20 avqustda evə buraxılsa da, əməliyyatdan sonra qusma və digər şikayətlər başlayıb.
Bulutun yaxınları həkimin şikayətləri nəzərə almadığını iddia edərək 25 avqustda onu yenidən əməliyyat olunduğu xəstəxanaya gətiriblər. Vəziyyəti pisləşən Bulut reanimasiyaya yerləşdirilərək süni nəfəs aparatına qoşulub və sonradan Seyhan Dövlət Xəstəxanasına köçürülüb. Burada təkrar əməliyyata alınmasına baxmayaraq, həyatını itirib.
Bulutun yaxınları xəstəxana və həkimlər barədə şikayət ərizəsi veriblər, onun meyiti Adana Məhkəmə-Tibbi Ekspertiza İdarəsi-nin morquna aparılıb.
Ögey qardaşları Barış və Mehmet Tumur Bulutun əməliyyat sonrası diqqətsizliyə məruz qaldığını bildirib. Seyhan Dövlət Xəstəxanasındakı həkimlər isə əməliyyat nəticəsində mədədə çürümə, bağırsaqda yırtıq, ağciyərlərdə isə çökmə olduğunu açıqlayıblar və Bulutun yaşama şansının cəmi 2 faiz olduğunu bildiriblər.
Polis hadisə ilə bağlı araşdırma aparır, otopsi nəticəsində Bulutun ölüm səbəbləri dəqiqləşdiriləcək.
News365.az