ABŞ-nin müdafiə naziri Pit Heqset diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, ABŞ hökuməti ordunun və digər dəstək gəmilərinin Panama kanalından pulsuz, rüsumsuz keçməsi üçün Panama hakimiyyəti ilə danışıqlar aparıb.
"Keçid prioritet şərtlərlə həyata keçiriləcək və pulsuz olacaq. Biz bunun üzərində birbaşa Panama Kanalı Müdiriyyəti ilə işləyirik", - Panama mediası cümə axşamı Heqsetdən sitat gətirib. Nəşr müvafiq bəndin birgə bəyannamədə yer aldığını qeyd edib.
Eyni zamanda, panamalı jurnalistlər qeyd ediblər ki, bu, ingilis dilində olan versiyada qeyd olunub, ispan dilində isə sadəcə kompensasiya mexanizmi qeyd olunub.
“ABŞ döyüş gəmiləri kanaldan pulsuz keçməyəcək, biz kanaldan istifadəyə görə kompensasiya mexanizmi axtaracağıq”, - deyə Panama kanalı naziri Xose Ramon İcaza bildirib.
Bu arada, Panama KİV-lərinin yaydığı məlumata görə, 1998-ci ildən 2024-cü maliyyə ilinin sonuna qədər 373 039 gəmi kanaldan keçib. Onlardan yalnız 994-ü (0,3%) ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları olub.
Tural