Paşinyan məşhur qəzeti məhkəməyə verir

Paşinyan məşhur qəzeti məhkəməyə verir
06 İyn 2025 17:23

“Hraparak” qəzetini mütləq məhkəməyə verəcəyəm, çünki ailə və mənəvi həyat mənim üçün dəyər və prinsipdir, insanları çaşdırmaq vasitəsi deyil”. 

News365.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.  O, “Hraparak” qəzetinin özü və ailəsi haqqında hədyanlar tirajladığını bildirib. 

“Bu münasibətlə mən də iddia edirəm ki, katolikos II Qaregin subaylıq andını pozub və övladı var. 

Qoy II Qaregin də elan edilmiş dəyərlərə və katolikos statusuna uyğunluğunu sübut etmək üçün məni məhkəməyə versin”, - baş nazir qeyd edib. 

“Erməni Apostol Kilsəsi bizim müqəddəsliyimizdir, kimliyimizdir. Biz o müqəddəsliyi ləkələyənlərə artıq dözməməliyik”, - Paşinyan yazıb.


Sizin reklam burada
Sizin reklam burada