ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, zəruri hesab olunduğu təqdirdə, ABŞ İranın nüvə obyektlərinə yenidən hücum etməyə hazırdır.
News365.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
“İranın xarici işlər naziri Abbas Araqçi nüvə obyektləri ilə bağlı deyib ki, dağıntılar çox ciddidir, obyektlər sıradan çıxarılıb. Əlbəttə ki, bu belədir. Mən demişdim və əgər lazım olsa, bunu yenidən edəcəyik”, - deyə Tramp qeyd edib.