Hakan Fidan Abbas Araqçi ilə Suriyadakı prosesləri müzakirə edib

Hakan Fidan Abbas Araqçi ilə Suriyadakı prosesləri müzakirə edib
21 İyl 2025 23:30

Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın XİN başçısı Abbas Araqçi arasında telefon danışığı baş tutub.

News365.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən mənbələr bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Qəzzadakı humanitar vəziyyət və Suriyadakı hadisələr, həmçinin cümə günü İstanbulda keçiriləcək nüvə danışıqları müzakirə edilib.


Sizin reklam burada
Sizin reklam burada