Bakıda qətl hadisəsi baş verib.
News365.az-ın məlumatına görə, aprelin 7-də saat 19 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib.
Araşdırmalarla öldürülən şəxsin 39 yaşlı Sevinc Məhərrəmova olduğu müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 40 yaşlı Natiq Məhərrəmov saxlanılıb. İlkin versiyaya əsasən, qətl qısqanclıq zəminində baş verib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.