Parisdən Bakının qüdrəti haqda daha bir “giley”

Parisdən Bakının qüdrəti haqda daha bir “giley”
19 Fev 2025 23:14

Parisdə növbəti dəfə Azərbaycanın “Fransada sabitliyi pozması” ilə bağlı giley-güzar səsləndirilib.


News365.az xəbər verir ki, bu dəfə analoji narazılığı Fransa Qanunvericilik Assambleyasının üzvü Silven Meylar dilə gətirib.


“Biz Ermənistanın yanında olduğumuz üçün Azərbaycan xaricdə, Fransada, xüsusən də Yeni Kaledoniyada sabitliyi pozmağa çalışır”, - o bildirib.


Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, G7 ölkəsi, Avropa Birliyinin siyasi liderliyinə iddialı, “dünyanın bölüşdürülməsində payçı” sayılan Fransanın bu cür “gileyi” vaxtaşırı dilə gətirməsi bu dövlət haqda heç də müsbət təsəvvür yaratmamaqla bərabər, Azərbaycanın nüfuzunun dolayı etirafıdır.


Sizin reklam burada
Sizin reklam burada