Pakistanda avtobus dərəyə aşıb: 24 nəfər ölüb, 8 nəfər yaralanıb

Pakistanda avtobus dərəyə aşıb: 24 nəfər ölüb, 8 nəfər yaralanıb
10:48

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusu dərəyə aşıb, nəticədə azı 24 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə "Dawn" nəşrinə Şerani dairəsi komissarının müavini Valixan Kakar bildirib.

Onun sözlərinə görə, hadisədən dərhal sonra rayon administrasiyasının xilasetmə qrupları və təcili tibbi yardım maşınları qəza yerinə çatıblar.

"Xilasetmə işləri davam edir, yaralananlar xəstəxanaya çatdırılır", - o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada