Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Özbəkistan və Azərbaycan dilləri arasındakı yaxınlıqdan danışıb.
Hikmət Hacıyev bildirib ki, hər iki dili eşitdikcə və praktikada istifadə etdikcə bir-birini anlamaq daha asan olur.
“Bəzən müəyyən fərqlər, bəzi kəlmələr və ifadələr olsa da, çalışırıq ki, daha çox özbək və Azərbaycan dillərini öyrənək. Yazılan mətnləri başa düşmək daha asandır. Mən dilçi deyiləm, amma xarici dilləri öyrənməyə cəhd göstərmişəm. Təəssüf ki, bir dili nə qədər çox eşitsəniz, ona nə qədər çox öyrəşsəniz, bir o qədər asan qavramaq mümkün olur. Bunun üçün də bir qədər praktika lazımdır”, - deyə Hacıyev qeyd edib.
O əlavə edib ki, cümlə strukturu və sözlərin işlənmə qaydalarına baxdıqda, dillər arasında müəyyən oxşarlıqlar müşahidə olunur.