Otaqdan otağa keçəndə niyə unutqan oluruq? - Araşdırma

Otaqdan otağa keçəndə niyə unutqan oluruq? - Araşdırma
18:30

Bir otaqdan başqa otağa keçərkən ora niyə gəldiyimizi tez-tez unuduruq. Bunun səbəbi yaddaşımızın zəifliyi deyil, qapılardır. Bu mövzuda maraqlı bir araşdırma aparılıb.


News365.az-ın məlumatına görə, tədqiqatçılar iştirakçılara müxtəlif əşyalar verərək onları daşımaqlarını istəyiblər. Bu prosesi iki fərqli şəraitdə həyata keçiriblər: virtual reallıqda və real dünyada. Nəticələr göstərib ki, insanlar real qapılardan keçdikdə edəcəkləri şeyi daha çox unudurlar, virtual dünyada isə bu halların daha az baş verdiyi müşahidə edilib.


Mütəxəssislər bu fenomeni belə izah edirlər: Beyin xatirələri hissələrə bölərək saxlayır. Yəni hadisələri ardıcıl şəkildə deyil, müəyyən bölmələrə ayıraraq yadda saxlamağa meyillidir. Bir qapıdan, bir sərhəddən və ya fiziki maneədən keçdiyimiz zaman beynimiz əvvəlki məkandakı informasiyanı arxada qoyur və yeni məlumatları emal etməyə başlayır.


Bu hadisə "Qapı Effekti" adlanır.



Sizin reklam burada
Sizin reklam burada