Ötən gün vəfat edəm sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi başa çatıb
News365.az xəbər verir ki, sabiq nazir Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
***
News365.az-ın məlumatına görə, Oqtay Şirəliyevlə Təzəpir məscidində vida mərasimi keçirilir.
Mərasimdə mərhumun yaxınları, Səhiyyə Nazirliyi, TƏBİB rəhbərliyi, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak edirlər.
Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.
***
Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev Yasamalda “Qurd qapısı”qəbiristanlığında dəfn olunacaq.
News365.az xəbər verir ki, mərhumun cənazəsi Təzə Pir məscidindən götürüləcək.
Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.