“Atena” şirkətinə müştəriləri aldatmaq səbəbindən iş açıldı

“Atena” şirkətinə müştəriləri aldatmaq səbəbindən iş açıldı
13:51
“İvanovka Süd Məhsulları” MMC-nin müraciəti əsasında süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olan “Atena” MMC barədə iş qaldırılıb.

News365.az xəbər verir ki, hazırda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən işə baxılması davam edir.

Belə ki, şirkət barəsində iş süd məhsullarının istehsalı və satışı zamanı Rəqabət Məcəlləsinin 23.1.1-ci maddəsinin tələblərinin pozulması əlamətlərinə görə qaldırılıb.

Həmin maddədə deyilir ki, məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir. 

Qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlayan “Atena” MMC süd toplama ferması və istehsal müəssisəsidir.

Sizin reklam burada
Sizin reklam burada