Türkiyədə PKK ilə bağlı proses siyasi gündəmin mərkəzinə qayıtdı

Türkiyədə PKK ilə bağlı proses siyasi gündəmin mərkəzinə qayıtdı
13:06

Türkiyədə PKK-nın silahların susdurulması və təşkilatın buraxılması ilə bağlı məsələ yenidən diqqət mərkəzindədir.

News365.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiya qrupunun toplantısında mövzu ilə bağlı fikirlərini açıqlayıb.

Bağçalı qeyd edib ki, silahların tamamilə susdurulması prosesinə mane olmaq istəyən qüvvələr mövcuddur və bu səbəbdən hər kəs məsuliyyətli olmalıdır. O əlavə edib ki, bu proses başa çatdıqdan sonra Türkiyə daha sabit və təhlükəsiz bir dövrə qədəm qoyacaq.

MHP lideri həmçinin İmralıda həbsdə olan PKK lideri Abdullah Öcalanla görüş məsələsinə toxunub. O bildirib ki, səfər ətrafında yaranan mübahisələr əsassızdır:

“Proses komissiyası son mərhələyə daxil olub. Nümayəndə heyətinin İmralıya göndərilməsi mümkündür. Əgər kiminsə getməyə razılığı yoxdursa, mən öz üç əməkdaşımı götürüb oraya getməkdən çəkinmərəm və fikrimi qarşımdakı şəxslə açıq şəkildə bölüşərəm”.

Bağçalı vurğulayıb ki, “terror olmayan Türkiyə” hədəfi həm xalq, həm də dövlət üçün dəyişməz prinsip olaraq qalır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada