Ermənistana silah satışları Azərbaycan üçün təhlükəsizlik mövzusudur

Ermənistana silah satışları Azərbaycan üçün təhlükəsizlik mövzusudur
14:07

Azərbaycan-Ermənistan regionunda silahlanma məsələləri və diplomatik münasibətlər milli təhlükəsizlik üçün önəmli mövzu olaraq qalır.

News365.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan bir çox ölkələrlə uzunmüddətli diplomatik əlaqələr qurub və enerji sahəsində, xüsusilə yaşıl enerji layihələrində mühüm töhfələr verib.

Deputat qeyd edib ki, 2022-ci ilə qədər Ermənistanın bəzi məsələləri Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr olmadan həll olunurdu, lakin indi protokollar çərçivəsində görüşlər keçirilir və hər hansı silah satışının Azərbaycanla razılaşdırılacağı öncədən müəyyənləşdirilir:

“Hər hansı bir silah və ya startap məhsulunun Ermənistana satılması Azərbaycan üçün real təhlükə yaratmır. Hətta ölkələrarası enerji və hərbi sahədə əməkdaşlıq var, Ermənistan Azərbaycanın ən çox yatırım edən beşinci ölkəsidir”.

Naqif Həmzəyev əlavə edib ki, Ermənistanın aktiv silahlanması hələ də təhlükə amilidir, çünki əvvəlki illərdə bu proses Azərbaycanın 30 illik torpaq və təhlükəsizlik itkilərinə səbəb olub:

“Hücum məqsədi daşıyan silahların Ermənistana satılması və maraq göstərməsi Azərbaycan üçün təhlükə yaradır. Xüsusilə Azərbaycanın 5 illik qələbə ildönümünə həsr olunmuş parad Ermənistanda böyük səsküyə səbəb olur”.

Deputat vurğulayıb ki, Azərbaycan bu məsələləri diqqətlə izləyir və hər zaman milli təhlükəsizliyini ön planda saxlayır.


Sizin reklam burada
Sizin reklam burada