Evdəki 70 min manatlıq seyfi oğurlayan şəxs tutuldu - VİDEO

Evdəki 70 min manatlıq seyfi oğurlayan şəxs tutuldu - VİDEO
12:46

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

News365.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin naməlum şəxs tərəfindən talandığını bildirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub.

Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada