Paşinyanın kilisə qələbəsi Ermənistanda siqnaldır

Paşinyanın kilisə qələbəsi Ermənistanda siqnaldır
13:48

Ermənistanda baş verən son seçkilərdə Paşinyanın əldə etdiyi nəticələr ölkə siyasətində mühüm əhəmiyyət daşıyır.

News365.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, bu qələbə təkcə seçki nəticəsi deyil, həm də Ermənistanın əsas dini mərkəzlərindən biri sayılan kilisə üzərində qələbə kimi qiymətləndirilə bilər.


Deputatın sözlərinə görə, Paşinyan kilisenin bu günə qədər Ermənistanın inkişafına mane olan rolu və xalqı miflərlə aldatması faktını ifşa edə bilib. Seçkilərdə isə bələdiyyədə təkbaşına qərar vermək imkanı əldə etməsi, həmçinin kilisənin döyünən ürəyi hesab edilən ərazidə qələbə qazanması onun gələcək böyük seçkilər üçün ilkin üstünlük siqnalı hesab olunur:

“Əsas məqam odur ki, Ermənistanın paytaxtı ətrafında təxminən 57–60 min nəfərlik ərazi vardır və burada qələbə Paşinyan üçün simvolik olaraq kilisə üzərində qələbə deməkdir. Bu, onun gələcək siyasətinə təsir göstərəcək ilkin siqnalları təqdim edir”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, bu nəticələr Paşinyana təkbaşına qərar vermək imkanı yaradır və ölkədəki gələcək siyasi proseslərdə də önəmli rol oynayacaq.


Sizin reklam burada
Sizin reklam burada