Təyyarə qəzası ilə bağlı rəsmi açıqlama gözlənilir

Təyyarə qəzası ilə bağlı rəsmi açıqlama gözlənilir
13:33
Türkiyədə baş verən və geniş müzakirələrə səbəb olan hadisələrlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, bu mərhələdə müxtəlif ekspert və mütəxəssis fikirləri mövcuddur və nəticələr açıqlanana qədər tələsməmək daha məqsədəuyğundur.


O qeyd edib ki, Türkiyə tərəfi məsələnin tam araşdırılmasını və nəticələrin ictimaiyyətə təqdim edilməsini vacib hesab edir:

“Təbii ki, mütəxəssislərin, ekspertlərin müxtəlif yanaşmaları var. Bunlar qeyri-rəsmi olsa da, müdaxilələrin olub-olmaması barədə fikir müzakirəsi son qərara qədər davam edə bilər. Hadisə baş verən dövrdə dünyada və regionda baş verən proseslər, geopolitik dəyişikliklər fərqli fikirlərin formalaşmasına səbəb oldu”.

Ə.Mustafa vurğulayıb ki, rəsmi mövqeyi gözləmək və nəticələr məlum olduqdan sonra şərh vermək daha doğru olar:

“İki ay müddətində nəticələr bəlli olduqdan sonra məsələ barədə fikir söyləmək mümkündür. Amma söz azadlığı hər zaman mövcuddur və fərqli fikirlər səsləndirilə bilər. Burada əsas məsələ ciddi əndişələri və fərqli yanaşmaları nəzərə almaqdır. Dünyanın müxtəlif bölgələrindən olan ekspertlər də kənar təsir faktorlarını gözdən keçirirlər”.

Sizin reklam burada
Sizin reklam burada