İsrail Baş nazir Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbs orderlərinin ləğv edilməsi xahişi ilə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.
News365.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Müraciətdə həmçinin prokuror Kərim Xanın İsraillə bağlı işlərdən kənarlaşdırılması xahişi də yer alıb.
“Sorğu prokurorun İsrailə qarşı yalan və əsassız ittihamlar irəli sürərkən şəxsi motivlərlə hərəkət etdiyi barədə məlumatlara əsasən təqdim edilib”, - İsrail XİN bəyan edib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi “Qəzza zolağında hərbi cinayətlərə görə” İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verib.