Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizi çərçivəsində inşa edilən yüksəksürətli avtomobil yolu ilə bağlı paylaşım edib.
News365.az-ın xəbərinə görə, Hikmət Hacıyev "X" hesabında müvafiq videogörüntüləri paylaşıb.
"Bir neçə həftə əvvəl mən Zəngəzur dəhlizinin dəmiryolu xətti ilə bağlı videomateriallar yayımlamışdım.
Bu gün dəhliz çərçivəsində yüksəksürətli avtomagistralın tikintisi - regionun gələcəyini müəyyən edəcək layihə haqqında video paylaşıram", - deyə o, paylaşımda bildirib.