Ölkədə ikiillik məktəblər FƏALİYYƏTƏ BAŞLAYIR - VİDEO

Ölkədə ikiillik məktəblər FƏALİYYƏTƏ BAŞLAYIR - VİDEO
05 Sen 2024 09:50

2024/25-ci tədris ilində Elm  və Təhsil Nazirliyi tərəfindən yeni pilot layihə icra olunacaq və ölkədə bir neçə məktəbi əhatə edəcək. Məqsəd isə yenidən təşkil ediləcək məktəblərdə oxuyacaq şagirdlər üçün tam orta təhsil səviyyəsində uğur qazanmaları və mükəmməl şərait, eyni zamanda müasir tədris metodları ilə təmin etməkdir. Yeni təhsil metoduna uyğun olaraq yeni yaradılacaq məktəblərdə bütün şagirdlər digər məktəblərə köçürülüb. Yalnız 9-cu sinfi bu il bitirmiş şagirdlərdən başqa.

News365.az xəbər verir ki, layihəyə ölkəni əhatə edən bütün regional Təhsil idarələrinin nəzdində yerləşən məktəblərdən biri seçilib. Sözügedən təhsil ocaqlarında tədris prosesi şagirdlərin maraqlarına  və qabiliyyətlərinə uyğun olaraq təmaül tədris planları əsasında təşkil ediləcək

Bu məktəblərdə tədris prosesi qrupdan asılı olaraq həftəlik 37 saat olmaqla 8 fənni əhatə edən proqramla tədris olunacaq və məktəbdə şagirdlər dövlət tərəfindən isti yeməklə təmin olunacaq.

Məktəbdə oxuyacaq  bütün  şagirdlər həm dərslik həmdə  dərsdən kənar  vəsaitlə və  eyni zamanda nootbukla təmin olunacaq. Bu şagirdlərə dərslər və məşğələlər  nüfuzlu və yüksək bal toplamış müəllimlər tərəfindən tədris olunacaq.

Qeyd edək ki, pilot layiyəyə cəlb olunan məktəblərdə oxuyacaq şagirdlərin ali məktəbə yüksək balla daxil olmasına zəmanət veriləcək.

Space Tv-nin  mövzu ilə bağlı hazırladığı sujeti təqdim edirik:



Youtube kanalımız