Ölkə ərazisində qanunsuz saxlanılan silah-sursat aşkarlanıb - DİN

Ölkə ərazisində qanunsuz saxlanılan silah-sursat aşkarlanıb - DİN
11:17

Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 23-24-də paytaxt və bölgələrdə keçirilən tədbirlər zamanı polis əməkdaşları 7 avtomat, 1 tapança, 3 qumbara, 5 partladıcı, 15 tüfəng, 18 patron darağı və 1792 ədəd müxtəlif çaplı patron aşkarlayaraq götürüblər.

Nazirlikdən bildirilib ki, analoji tədbirlər davam etdiriləcək.


Sizin reklam burada
Sizin reklam burada