Oğru elə bağırdı ki,..- Tural İrfan yazır

Oğru elə bağırdı ki,..- Tural İrfan yazır
09:48
"Erməni soyqırımı" məsələsi keçən il də İsrail tərəfindən gündəmə gətirildiyində Ermənistanın Baş naziri Nikol Paşinyan İsrail rəhbərliyinin "erməni soyqırımı"nı tanımasına şübhə ilə yanaşaraq, bunun Ermənistana heç bir real fayda vermədiyini bildirmişdi. O qeyd etmişdi ki, bu məsələnin yalnız siyasi manipulyasiya və alver predmeti olub-olmadığını, həmçinin ölkəsi üçün hansısa praktiki əhəmiyyət daşıdığını dərindən başa düşmək lazımdır.
Yəni, Ermənistan baş naziri bunu şübhə altına aldığı halda İsrailin Baş naziri Netanyahunun qondarma soyqırımı iddiasını həqiqət kimi qəbul etməsi əsassız, qanunsuz və əhəmiyyətsizdir. Baş nazir Netanyahu haqqında bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Beynəlxalq Məhkəmənin həbs orderi var. Cinayət məsuliyyətinə cəlb edilməli olan bir şəxsin başqalarını cinayətdə ittiham etməsi və qərarı qəbul edən nazirlər kabinetinə rəhbərlik etməsi də qanunsuzdur. Həm Qəzza terroruna və müsəlman genosidinə görə həm də İsrailin daxilində dövlətə gələcəkdə ciddi problemlər yaradacaq addımlar atdığına görə Netanyahu indi olmasa da vəzifədən gedəndən sonra mütləq məsuliyyətə cəlb olunacaq. Məhz bunu özü də bildiyi üçün xilas yolu axtarır və tələsik, emosional çırpınışlar edir. Sözü gedən "erməni soyqırımı" iddiasının heç bir tarixi əsası olmadığı kimi bu gün o barədə qərəzli, düşmənçilik niyyəti ilə qəbul edilən qərarların da heç bir hüquqi statusu, beynəlxalq qüvvəsi yoxdur. Yalan ayaq tutsa da az yeriyir...
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada