"Oğru aləmi"ndə ciddi qalmaqal

"Oğru aləmi"ndə ciddi qalmaqal
06 İyn 2025 10:32

Rusiya kriminal aləminin lideri, "Şakro Molodoy" kimi tanınan Zaxari Kalaşov "Kutaisski" ləqəbli müavini Badri Koquaşviliyə etimadsızlığını açıq şəkildə bildirib. Bu barədə Lenta.ru-ya Prime Crime informasiya agentliyinin redaktoru Liliya Xarina məlumat verib.


Ekspertlərin fikrincə, bu faktiki olaraq Koquaşvilinin Moskvanın əsas qanuni oğrusu postundan uzaqlaşması deməkdir.

Avtoritetliklə bağlı münaqişə 2023-cü ilin yayında, Şakro Molodoy həbsdə olarkən başlayıb. O, azadlığa çıxandan sonra mövqeyini gücləndirmək, 2018-ci ildə həbsdən birbaşa Moskvaya qayıdan Kutaisskinin təsir rıçaqlarını zəiflətmək üçün münasib anı gözləyirdi.

Amma Şakro Molodoy şərti azadlığa çıxa bilmədiyi üçün gərginlik daha da artıb. O, özünün məhkəmə prosesinə mane olunması məsələlərində Kutaisskidən şübhələnirdi. Münaqişənin kulminasiya nöqtəsi isə may ayında Şakro Molodoyun Koquaşvilinin nüfuzunu açıq şəkildə sual altına qoyduğu kriminal toplantıda olub.

Ekspertlər qeyd ediblər ki, bu gün kriminal aləmdə bütün mühüm qərarları Şakro Molodoy verir, digər liderlər isə yalnız onun tabeliyində olan şəxslər kimi çıxış edirlər. Eyni zamanda, bir çox oğru aləminin avtoritetləri bu dünyanın Moskva qruplarının xüsusi xidmət orqanları ilə əlaqədə olmasından şübhələnirlər.

Ekspertlər hesab edirlər ki, bundan sonra Moskvanın kriminal aləmi Şakro Molodoya hörmətlə yanaşsa da, qruplar arasında parçalanma prosesi ilə üzləşəcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada