Ofisdən oğurluq edənlər saxlanıldı

Ofisdən oğurluq edənlər saxlanıldı
18 Yan 2026 19:10

Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter və digər elektrik avadanlıqları, Nəsimi rayonunda isə velosiped oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə  News365.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Əzimov və G.Səfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada