Tanınmış vəkil Şəfiqə Nağıyeva mərhum sənətkar İlhamə Quliyevadan danışıb.
Şəfiqə Naıyeva deyib ki, əvvələr İlhamə Quliyev ilə münasibətləri yaxşı olub.
Sonradan aralarında soyuqluq yaranıb. Yaranan soyuqluğun əsas səbəbini
vurğulamasa da qeyd edib:
“İlhamə Quıiyevanın bütün məhkəmə işlərini mən aparırdım. Ona görə də yaxşı
münasibətimiz var idi. O, yeyib-içən qadın idi münasibətimiz yaxşı olan
vaxtlarda tez-tez məni də belə məclislərə qonaq çağırırdı. İşimlə əlaqədər
olaraq mən çox vaxt bu məclislərdə iştirak edə bilmirdim. O da məndən
inciyirdi. Aramızda soyuqluq belə yaranmağa başladı”.
Şəfiqə Nağıyeva İlhamə Quliyevanın mülkünün bölünməsi məsələsinə də münasibət
bildirib. O deyib ki, mülk ədalətsiz bölünüb.
“Mülkün bölünməsi qanunvericiliyin tələblərinə uyğun aparılıb. Hüquqi baxımdan
hər şey doğru edilib. Lakin mənəvi baxımdan Orxanın haqqına girdilər. İlhamə
Quliyeva oğlunu çox istəyirdi. Çətin vaxtlarında ona zəng edirdi. Orxana onun
mülkündən heçnəyin qalmaması ədalətsizlikdir”.