İraqda elektrik enerjisi şəbəkəsi ölkə üzrə tamamilə fəaliyyətini dayandırıb.
News365.az yerli mediaya istinadla xəbər verir ki, İraq Elektrik Nazirliyi-nin yaydığı məlumata görə, kəsintinin səbəbi hələlik məlum deyil.
Qurum problemin araşdırıldığını və enerjinin bərpası istiqamətində iş aparıldığını bildirib.
Hadisə nəticəsində paytaxt Bağdad da daxil olmaqla bir sıra şəhərlərdə elektrik təchizatı tam kəsilib.
Rəsmi açıqlamalarda əlavə detalların yaxın saatlarda veriləcəyi qeyd olunub