Nyu-Yorkda qəbiristanlıq altında milyonlarla arı aşkarlandı

Nyu-Yorkda qəbiristanlıq altında milyonlarla arı aşkarlandı
22:00

ABŞ-ın New York şəhərində yerləşən qəbiristanlıqlardan birinin altında təxminən 5,5 milyon arının yaşadığı müəyyən edilib. 

News365.az xəbər verir ki, bu, dünyada qeydə alınan ən böyük arı koloniyalarından biri hesab olunur.

Məlumata görə, burada yaşayan arı növü adi pətəklərdə deyil, torpağın altında yuva qurur. Mütəxəssislər bildirir ki, bu arılar xüsusilə meyvə ağaclarının tozlanmasında mühüm rol oynayır və ekosistem üçün böyük əhəmiyyət daşıyır.

Araşdırmalar göstərir ki, arıların məhz qəbiristanlıq ərazisini seçməsinin əsas səbəbi şəhərdə yaşıllıq sahələrinin azalması və ərazilərin betonlaşmasıdır. Bundan əlavə, qəbiristanlıqlarda insan müdaxiləsinin nisbətən az olması bu canlılar üçün daha təhlükəsiz mühit yaradır.


Sizin reklam burada
Sizin reklam burada