Nüsabə Ələsgərlidən ailə qurmaqla bağlı maraqlı açıqlama

Nüsabə Ələsgərlidən ailə qurmaqla bağlı maraqlı açıqlama
08 Apr 2025 19:15

Tanınmış müğənni Nüsabə Ələsgərli son çıxışında gənc qızların ailə qurmaq məsələsinə toxunaraq maraqlı fikirlər səsləndirib. O bildirib ki, cəmiyyətimizdə kifayət qədər ağıllı, savadlı və gözəl qızlar olsa da, onlar müxtəlif səbəblərdən ailə qurmurlar.


Ələsgərli bunun əsas səbəblərindən biri kimi qızların öz karyeralarına və şəxsi inkişaflarına daha çox vaxt ayırmasını göstərib:


"Qonşum qonşu olsa, kör qızım ərə gedər. Nolur, elə yaxşı, qəşəng, ağıllı qızlarımız var ki, işləri ilə məşğuldurlar, amma ailə qurmurlar. Onda biz gərək vasitəçi olaq ki, onlar da ailə qursunlar."


O, həmçinin şəxsi həyatından bəhs edərək, daha çox başını aşağı salıb işinə fokuslandığını və buna görə də ailə qura bilmədiyini qeyd edib:


"Mən sadəcə başa aşağı adamam. Başımı qaldırıb heç kimə baxmamışam, ona görə də bu günədək tək qalmışam."


Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun fikirləri ilə razılaşaraq, ailə qurmağın hər kəsin şəxsi seçimi olduğunu bildiriblər. Digərləri isə Nüsabə Ələsgərlinin gənclərin ailə həyatına təşviq edilməsinin vacibliyini vurğulamasını dəstəkləyiblər.




Sizin reklam burada
Sizin reklam burada