Kolumbiyanın Kauka əyalətində hökumət qüvvələri ilə FARC təşkilatından ayrılmış silahlı qruplaşma arasında şiddətli döyüşlər davam edir.
Bölgədə vəziyyət gərgin olaraq qalır.
Məlumata görə, üsyançılar Kolumbiya ordusunun mövqelərinə qarşı intensiv silahlı müqavimət göstərirlər. Qarşıdurmaların genişlənməsi fonunda ordu əməliyyatlara "Black Hawk" hərbi helikopterlərini də cəlb edib.
Hazırda bölgədə hərbi əməliyyatlar davam edir. Tərəflərin itkiləri və qarşıdurmaların nəticələri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, FARC (Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri) ölkədə onilliklər boyu fəaliyyət göstərən ən iri silahlı qruplaşmalardan biri olub. 2016-cı ildə hökumətlə sülh sazişi imzalansa da, təşkilatdan ayrılan bəzi silahlı dəstələr fəaliyyətini davam etdirir.