Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov bürünc medal qazanıb.
News365.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeni 7:1 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Salmanov Azərbaycana turnirdə ilk medalı qazandırıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.