“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı
21:40

“Qəbələ” futbolçusu Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.

Klubdan News365.az-a verilən məlumata görə, tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”yə 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından cəlb olunub. O, “qırmızı-qaralar”ın heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.


Sizin reklam burada
Sizin reklam burada