Nobel Sülh Komitəsi İran hökumətindən siyasi məhbus və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin azad edilməsini tələb edib.
News365.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Komitənin rəhbəri Yorgen Vatne Fridnes bildirib ki, Məhəmmədinin səhhəti ciddi şəkildə pisləşib və onun təcili tibbi müalicəyə ehtiyacı var.
Qeyd edək ki, fəalın səhhəti həbsxanada kəskin ağırlaşdıqdan sonra o, Zəncan şəhərində xəstəxanaya yerləşdirilib. Bildirilir ki, onda huşun itirilməsi halları və ağır infarkt qeydə alınıb.