Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu

Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
16 İyn 2026 23:40

Tanınmış vəkil Fərhad Mehdiyevə ağır itki üz verib.

News365.az Xitab24.az-a istinadən xəbər verir ki, onun qızı bu gün Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.

Məlumata görə, F.Mehdiyevin qızının idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub.

Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.

Məlumatı F.Mehdiyev saytımıza təsdiq edib.

Qeyd edək ki, hadisə baş verən an Fərhad Mehdiyev mediasiya prosesində imiş.


Sizin reklam burada
Sizin reklam burada