“Hesab edirəm
ki, ABŞ “ankor” şirkətini öncədən Qafqazda lövbər saldırır. Çünki Cənubi
Qafqazda iqtisadi iştirak yalnız diplomatiya ilə yox, real biznes öhdəlikləri
ilə bağlanmalıdır. ExxonMobil həm AÇG-də 6.8 payla, həm də BTC-də 2.5% payla
artıq sistem oyunçusudur. Yeni müqavilə isə bu varlığı növbəti mərhələyə
daşıyır.
Unutmaq
olmaz ki, siyasi risk aşağı düşən kimi regiona ciddi kapital axını olacaqdır. Zəngəzur
dəhlizi isə yalnız gediş gəliş yolu deyil. Nəqliyyat, enerji və rəqəmsal
kommunikasiya arteriyasıdır. Buna görə də bu saziş ABŞ-ın vasitəçiliyi ilə bu dəhlizin
iqtisadi doldurulması üçün “iri oyunçu gəlir” mesajı ola bilər”.
Bunu News365.az -a
açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, hələ
İyun ayında açıqlanan ExxonMobil–SOCAR quru (onshore) kəşfiyyat-hasilat
razılaşmaları Azərbaycanın hasilatı stabil saxlamaq məqsədini daşıyırdı:
“İndi
Vaşinqtondakı bu memorandum həmin xəttin siyasi dayağını daha da möhkəmləndirir.
Eyni zamanda bu dəhliz axı, təkcə Naxçıvanla bağlantı üçün deyil, Orta Asiya
çox profilli enerji resurslarının Qafqaz üzərindən ötürülməsini da real edir.
Çünki Zəngəzu dəhlizi beynəlmiləşəcək strateji tranzit koridoru olacaq.
Digər bir tərəfdən
isə Vaşinqtonda sadəcə sülh sənədi imzalamaq ABŞ üçün adi simvolik olardı. Amma
ABŞ Qafqazlarda praktiki iqtisadi iz buraxmaq istəyir. ExxonMobil–SOCAR
Memorandumu sülhdən bir gün öncə elan olunmaqla, regional oyunda ABŞ-ın
iqtisadi payını rəsmiləşdirən texniki addımdır və Moskva-Tehran xətti üçün
dağıdıcı effektdir. Və nəhayət bu proseslər Bakını sülh sonrası sürət zolağına
çıxaran proseslərdir”.
News365.az