Qətər nümayəndə heyəti mövcud şəraitə görə Tehrana səfər edib

Qətər nümayəndə heyəti mövcud şəraitə görə Tehrana səfər edib
19:40

Qətər nümayəndə heyəti ABŞ-la koordinasiyalı şəkildə Tehrana səfər edib. 

News365.az “Reuters”ə istinadla xəbər verir ki, Qətərin danışıqlar qrupu İranla davam edən gərginliyin və müharibə vəziyyətinin dayandırılması, eləcə də tərəflər arasında qalan mübahisəli məsələlərin həlli üçün diplomatik razılaşmanın əldə olunmasına yardım etməyə çalışır.

Bildirir ki, bu səfər Vaşinqton və Tehran arasında dolayı danışıqların davamı kimi qiymətləndirilir. 

Qətər uzun müddətdir ABŞ və İran arasında vasitəçi rolunu oynayır və bu dəfə də prosesin irəliləməsinə töhfə verməyə çalışır.

Hazırda tərəflər arasında kövrək atəşkəsin mövcud olduğu, lakin nüvə proqramı və regional təhlükəsizlik məsələlərinin əsas fikir ayrılığı olaraq qaldığı qeyd olunur.



Sizin reklam burada
Sizin reklam burada