Xəbər
verdiyimiz kimi Bakı-Tbilisi-Bakı sərnişin qatarı mayın 26-dan etibarən fəaliyyətini
bərpa edəcək. Artıq qatarların hərəkət qrafiki də elan olunub. 6 il bağlı qalan
bu yolun açılışı əhalinin sevincinə səbəb olub. Və bu insanlarda quru sərhədlərinin
açılacağına da ümidləri artırıb.
Məsələ ilə
bağlı danışan REAL Partiyasının sədri Natiq Cəfərli deyir ki, Gürcüstana
dəmir yolları ilə sərnişindaşımanın açılmasının ardından quru sərhədlər də tam
açılacaq:
“Mən buna əminəm,
çünki qapalı sərhədlər ölkənin imicinə, iqtisadiyyata, potensial investorların
qərarlarına, insanların psixoloji durumuna belə çox ciddi mənfi təsir edən
amildir. Sərnişinlər üşün dəmir yollarının açılması qərarının verilməsində əməyi
keçən hər kəsə təşəkkür edirəm”.
News365.az