“Qarabağ” mövsümü qələbə ilə başa vurdu

“Qarabağ” mövsümü qələbə ilə başa vurdu
22:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

News365.az xəbər verir ki, “Sumqayıt” evdə “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində “Qarabağ” çempionatı 69 xalla 2-ci, “Sumqayıt” isə 41 xalla 7-ci pillədə başa vurub.

Günün ilk görüşündə Bank Respublika Arena”da çempion “Sabah” "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada