SEPAH 35 gəmini Hörmüz boğazından keçirdi

SEPAH 35 gəmini Hörmüz boğazından keçirdi
17:36

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri 35 gəminin onların koordinasiyası və təhlükəsizlik təminatı ilə hərəkət etdiyini açıqlayıb.

News365.az xəbər verir ki, “Tasnim”un məlumatına görə, SEPAH Hərbi Dəniz Qüvvələri bununla bağlı bəyanat yayıb:

“Son 24 saat ərzində neft tankerləri, konteyner daşıyan gəmilər və digər ticarət gəmiləri daxil olmaqla 35 gəmi lazımi icazələri aldıqdan sonra SEPAH Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib”.

SEPAH bəyan edib ki, ABŞ ordusunun Hörmüz boğazında yaratdığı qeyri-sabitliyə baxmayaraq, SEPAH Hərbi Dəniz Qüvvələri gəmiçilik və qlobal ticarətin davamlılığı üçün təhlükəsiz su yolu yaradıb.


Sizin reklam burada
Sizin reklam burada