Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərini ATƏT PA, AŞPA, MDB PA və Avropa Parlamenti daxil olmaqla bir sıra beynəlxalq müşahidə missiyaları izləyəcək.
News365.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Sankt-Peterburqda MDB Parlament Assambleyası Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, seçkilər MDB PA, ATƏT Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası, Frankofoniya Parlament Assambleyası və Avropa Parlamentinin müşahidəsi altında keçiriləcək.
Arşakyan bildirib ki, MDB Parlament Assambleyasının uzunmüddətli müşahidə missiyası artıq Ermənistanda fəaliyyət göstərib. O qeyd edib ki, təşkilatın əsas nümayəndə heyəti iyunun 4-8-də İrəvana səfər edəcək.
Vitse-spiker əlavə edib ki, may ayında Ermənistanda AŞPA-nın seçkiqabağı missiyası da fəaliyyət göstərib.