Rusiya təyyarə qəzasının qurbanlarına kompensasiya ödəməyə başladı

Rusiya təyyarə qəzasının qurbanlarına kompensasiya ödəməyə başladı
15:50

Rusiya tərəfi 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə faciəsi ilə bağlı zərərçəkmiş ailələrə kompensasiya ödənişlərinə başlayıb.

Bu barədə News365.az-a Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl "Azərbaycan Hava Yolları" (AZAL) əməkdaşlarının vasitəsilə ailələrlə əlaqə saxlanılıb və kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün vərəsəlik sənədlərinin hazırlanması istənilib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb.

Rəsmi açıqlamalarda qəzaya səbəb kimi təyyarəyə kənar müdaxilə göstərilib. Hadisə Azərbaycanda və regionda geniş rezonans doğurmuşdu. Qəza Rusiya tərəfinin müdaxiləsi nəticəsində baş verib.


Sizin reklam burada
Sizin reklam burada