Paşinyan avtobusda bu dəfə çiyələk yedi - VIDEO

Paşinyan avtobusda bu dəfə çiyələk yedi - VIDEO
12:59

Ermənistanın baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində vətəndaşlarla görüşə gedərkən növbəti dəfə paylaşımı ilə diqqət çəkib.

O, parlamentin spikeri Alen Simonyanla birlikdə avtobusda çiyələk yeyərkən görüntülənib.

Paşinyan həmin anları əks etdirən videonu şəxsi "Facebook" hesabında "Arataşenin çiyələyi" şərhi ilə paylaşıb.

Görüntülərdə baş nazir və spikerin səmimi şəkildə meyvə dadması və söhbət etməsi əks olunub.

Qeyd edək ki, Paşinyan son zamanlar seçki kampaniyası zamanı belə görüntülərlə gündəmə gəlir.


Sizin reklam burada
Sizin reklam burada