İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq
17:55

İyunun 1-dən Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyası başlayacaq.

BDU-dan News365.az-a bildirilib ki, bu barədə Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul edilib. İclasda 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2026-cı il 21 aprel tarixli əmrində nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

Yaz imtahan sessiyasının 5 həftə ərzində keçirilməsi, üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyulun 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub.

Sessiyanın gedişinə operativ nəzarət etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə İmtahan Qərargahı yaradılacaq.


Sizin reklam burada
Sizin reklam burada