Nəsimidə 2 kiloqrama yaxın heroin aşkarlandı

Nəsimidə 2 kiloqrama yaxın heroin aşkarlandı
05 İyn 2025 20:15

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.


DİN-in Mətbuat xidmətindən news365.az-a bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb.


Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.


Araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada