Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Nəsimi rayonunda oğurluqda şübhəli  bilinən şəxslər saxlanılıb
10 Apr 2025 16:26

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus 350 manat dəyərində velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı İ.Tağıyev müəyyən olunaraq saxlanılıb. Həmçinin, rayon ərazisində yerləşən marketlərin birindən paytaxt sakininə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Müslümovanın saxlanılması da təmin edilib.


Araşdırmlar aparılır.


Sizin reklam burada
Sizin reklam burada